Korporativ İdarəetmə Siyasətləri

1. SİYASƏTLƏR Məqsəd və Əhatə Dairəsi Emay İnşaat Taahhüt San. Tic. A.Ş.’nin (Emay İnşaat), əsas ictimaiyyəti məlumatlandırma siyasəti, EMAY İNŞAAT’ın keçmiş performansını və gələcəyə dair gözləntilərini, əsas mühasibatlıq prinsipləri və Sərmayə Bazarı Qanunvericiliyinin müddəaları çərçivəsində; tam, ədalətli, düzgün, vaxtında və aydın formada, pay sahibləri, investorlar, sərmayə bazarı mütəxəssisləri (birgə sərmayə bazarı iştirakçıları) ilə bərabər şəkildə paylaşaraq hər zaman aktiv və açıq ünsiyyəti mühafizə etməkdir. Məlumatlandırma Siyasəti, EMAY İNŞAAT nəzdində fəaliyyət göstərən bütün səlahiyyətli şirkətləri, işçi heyətini və konsultantlarını əhatə etməkdədir; EMAY İNŞAAT’ın sərmayə bazarı iştirakçıları ilə yazılı və şifahi əlaqələri tənzimləməkdir. Məsuliyyət Məlumatlandırma Siyasətinə nəzarət, nəzərdən keçirilməsi və inkişaf etdirilməsindən İdarə Heyəti məsuliyyət daşıyır. Siyasətin yaradılmasında, Daxili Sistemlər Koordinatorluğu səlahiyyətliləri, Korportaiv İdarəetmə Komitəsi və İdarə Heyəti ilə yaxın əməkdaşlıq çərçivəsində bu məsuliyyətlərini yerinə yetirirlər. Korporativ İdarəetmə Komitəsinin İdarə Heyətinə “Məlumatlandırma Siyasəti” ilə bağlı məsələlərdə məlumat verir və təkliflər verir. “Daxili Sistemlər Koordinatorluğu” ictimaiyyəti məlumatlandırmaqla əlaqədar olaraq hər cür məsələlərə nəzarət etmək, bu prosedurları izləməklə vəzifələndirilmişdir. İnzibati məsələlərdə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsində istifadə olunan əsaslar Emay İnşaat, “daxili məlumat”ı sərmayə bazarı vasitəsinin dəyərini, qiymətini və investorların investisiya qərarına təsir göstərəcək, hələ cəmiyyətə açıqlanmamış məlumat şəklində təsvir edilməkdədir. Daxili Sistemlər Koordinatorluğu, daxili məlumatlara giriş icazəsi olan şəxsləri Mərkəzi Qeydiyyat İdarəsinə bildirməli və bu şəxslərdə dəyişiklik olduqda lazımi yenilikləri həyata keçirməkdədir. Daxili məlumatlara girişi olan şəxslər, Xüsusi Hallar Bildirişinə əsasən və Şirkətimiz tərəfindən inzibati məsuliyyəti olan şəxslər olduqları qəbul edilir. Daxili məlumatı əldə edənlərin siyahısı, Şirkətin idarə heyətinin üzvlərini, idarə heyətinin üzvü olmadığı halda, Emay İnşaat’in daxili məlumatları birbaşa və ya dolayı yolla, müntəzəm şəkildə əldə edən və Emay İnşaat’in gələcək illərdəki inkişafını və kommersiya hədəflərinə təsir göstərən inzibati qərarları vermək səlahiyyəti olan şəxsləri və bu şəxslərlə yaxından əlaqəsi olan şəxsləri və ortaqların ad və hesabına hərəkət edən və daxili məlumatlara birbaşa və ya dolayı yolla müntəzəm surətdə və ya sonra giriş səlahiyyəti olan digər şəxsləri ehtiva edir. Emay İnşaat, illik maliyyə göstəricisi cədvəlindəki aktivlərin cəminin 10% və ya daha çoxuna sahib asılı ortaqlığın idarə heyətinin üzvləri də inzibati məsuliyyəti olan şəxslər arasında dəyərləndirilir. İctimaiyyəti Məlumatlandırma Metod və Vasitələri EMAY İNŞAAT tərəfindən istifadə olunan əsas ictimaiyyəti şüurlandıran metod və vasitələri aşağıda qeyd olunmuşdur: i) BİST’ə İctimaiyyəti Məlumatlandırma Platforması vasitəsilə çatdırılan xüsusi hallar üzrə izahatları (Elektron şəraitdə KAP bildirişləri eyni vaxtda həyata keçirilir), ii) Ehtiyac olduğu halda, BİST’ə KAP vasitəsilə çatdırılan maliyyə cədvəli və haşiyələri, müstəqil audit hesabatı, bəyanlar, fəaliyyət hesabatları iii) Məlumatlandırma və izahatlar, Türkiyə Ticarət Reyestri Qəzeti və gündəlik qəzetlərin vasitəsilə verilən elanlar və bildirişlər (izahat, sirkulyasiya, qazancın paylaşdırılması, ümumi qurul çağırışı və s.), iv)Yazılı və vizual media vasitəsilə edilən mətbuat açıqlaması, v) Reuters, Foreks və s. məlumatların paylaşdırılması təşkilatlarına verilən izahlar, vi) Korporativ internet səhifəsi (www.emayinsaat.com.tr),   Xüsusi Vəziyyətə Dair İzahatlar və Səlahiyyətli Şəxslər Xüsusi vəziyyət şərhləri, Emay İnşaat Daxili Sistemlər Koordinatorluğunun nəzarətində hazırlanaraq təyin olunmuş müddət çərçivəsində BİST-ə ötürülür. Şirkətin adından xüsusi vəziyyəti şərhi etməyə səlahiyyəti olan şəxslərin adları və dəyişikliklər BİST-ə bildirilir. Xüsusi vəziyyət şərhləri Ictimaiyyəti Məlumatlandırma Platforması (İMP) çərçivəsində BİST-ə elektron mühitdə ötürülür.   Emay İnşaat, xüsusi vəziyyətlərin məxfiliyinin təmin edilməsi istiqamətində daxili məlumatlara çıxışı olan şəxslərin siyahısında qeyd olunmuşların kənarındakı şəxslərin bu məlumatlara daxil olmasının qarşısını alan təsirli tədbirlər görür.   Emay İnşaatın hər hansı bir işçisi əvvəllər ictimaiyyətə açıqlanmamış əhəmiyyətli və xüsusi (daxili) bir məlumatın istək kənarında ictimaiyyətə açıqlandığını müəyyən edərsə, vəziyyət barədə dərhal Emay İnşaat Daxili Sistemlər Koordinatorluğuna məlumat verir. Bu vəziyyətdə, Emay İnşaat Daxili Sistemlər Koordinatorluğu, investisiya bazarı haqqında qanunvericiliyin tələbləri istiqamətində mevafiq xüsusi vəziyyət şərhinin hazırlanaraq BİST-ə çatdırılmasını təmin edir.   Maliyyə Hesabatlarının Ictimaiyyətə Açıqlanması və Səlahiyyətli Şəxslər Emay İnşaatın maliyyə hesabatlarının və haşiyələri, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun şəkildə hazırlanır; lazım olduğu hallarda IMP-Yə göndərilərək ictimaiyyətə açıqlanır.   Emay İnşaat investor əlaqələri web linkindən keçmiş dövrlə əlaqədar maliyyə hesabatları və haşiyələri əldə oluna bilər.   Şirkətimizin sərmayə, idarəetmə və təftiş baxımından birbaşa, ya da birbaşa olaraq əlaqədə olduğu fiziki və hüquqi şəxslər ilə şirkətimizin arasındakı ticarət əlaqələrinə maliyyə hesabatlarında haşiyələrində yer verilir.   Fəaliyyət hesabatının ictimaiyyətə açıqlanması və səlahiyyətli şəxslər Fəaliyyət hesabatı İdarə Heyətinin təsdiqindən keçirilir və şirkət web saytı (www.emayinsaat.com.tr) vasitəsiylə ictimaiyyətə açıqlanır.   Fəaliyyət hesabatları, İdarə Heyətinin təsdiqinin ardınca lazım olduğu vəziyyətlərdə SPK və BİST tənzimləmələri istiqamətində İMP bildiriş olaraq elektron mühitdə ötürülür.   Digər Bildirişlər və Səlahiyyətli Şəxslər Yuxarıda sayılanlar xaricində ediləcək digər bildirişləri (izahname, təmimnamə və s.), Şirkət Imza Təmimnaməsi ilə təyin olunan səlahiyyətlər daxilində imzalanaraq cəmiyyətə açıqlanır.   İctimaiyyətə İzah Vermə Səlahiyyəti Olan Şəxslər Yuxarıda qeyd olunmuş bildirişlərin kənarında, sərmayə bazarının iştirakçıları tərəfindən ötürülən yazılı və şifahi məlumat tələbləri, tələbin məzmununa əsasən Baş Direktor və Daxili Sistemlər Koordinatorluğu tərəfindən təyin olunan səlahiyyət çərçivəsində yazılı və/və ya şifahi şəkildə yerinə yetirilir.   Yazılı və vizual mediaya və Reuters, Foreks və s. məlumatların çatdırılması kanallarına verilən mətbuat şərhləri, yalnız İdarə Heyəti Sədri və Baş Direktor tərəfindən edilə bilər.   Mətbuat-Nəşr Orqanlarında və ya İnternet Saytlarında Olan Xəbər və Söz-Söhbətlər   Emay İnşaat prinsip olaraq bazar söz-söhbətləri və fərziyyələri mövzusunda hər hansı bir fikir bildirmir. Bazarda yazılı, vizual, eşitməklə mətbuat-nəşr orqanlarında və / və ya internet mühitində olan xəbər və söz-söhbətləri izlənilməsi üçün Daxili Sistemlər Koordinatorluğu qrupları tərəfindən bazarın aktual şəkildə təqib edilməsi surəti ilə edilir. Prinsip olaraq milli səviyyədə nəşr edən mətbuat-nəşr orqanlarında gedən, şirkəti təmsil etmə səlahiyyəti olan şəxslər mənbəsi olmayan xəbər və söz-söhbətlərin olması vəziyyətində bu xəbər və söz-söhbətlərdən investorların investisiya qərarlarına və sərmayə bazarı vasitələrinin dəyərinə təsir etmə əhəmiyyətinə malik olanlarla əlaqədar olaraq xüsusi vəziyyət şərhi verilir. Bunun xaricində bazarda və / və ya internet mühitində olan fərziyyələr mövzusunda hər hansı bir fikir bildirilmir.   Emay İnşaat Web Səhifəsi (www.emayinsaat.com.tr) İctimaiyyəti məlumatlandırılmasında və şəffaflığın təmin edilməsində, www.emayinsaat.com.tr web səhifəsindən təsirli şəkildə istifadə edilir.   Emay İnşaat tərəfindən ictimaiyyətə verilən bütün şərhlərə web səhifə üzərindən əldə etmə imkanı təmin edilir. Web səhifəsi buna uyğun şəkildə qurulmuş və təsnifatlandırılmışdır. Web səhifənin təhlükəsizliyi ilə əlaqədar hər cür tədbir görülür.   Qüvvəyə minmə Bu məlumatlandırma siyasəti.......... tarixli və .......... saylı İdarə Heyətinin qərarı ilə qüvvəyə minmişdir. İnsan Resursları Siyasəti Ən əhəmiyyətli sərmayəsi insan resursları olan Emay İnşaat, strateji şəkildə düşünə bilən, sürətli, hücum və məsuliyyətli iş yoldaşları ilə ailəsini böyütməyi hədəfə götürmüşdür.    Emay İnşaat bu istiqamətdə işçiləri üçün: Həm fərdi, həm də peşə baxımdan inkişaf edə bilmələri üçün uyğun mühiti yaratmaq, Ömür boyu öyrənmənin davam etdirilə bilməsi üçün əlverişli iş yeri iqlimini təmin etmək, Fərdi fərqlilikləri düzgün şəkildə qiymətləndirəcək sistemləri qurmaq və işlətmək, Müvəffəqiyyəti obyektiv meyarlarla ölçərək qiymətləndirmək, Yüksək müvəffəqiyyəti mükafatlandırmaq, nəzərdə tutulandan az qalan müvəffəqiyyətin inkişafına dəstək olmaqla hərəkət edir.   Emay İnşaatda işləmək Türkiyə və ətrafında bir çox insanın həyatına müsbət töhfə vermək fürsəti əldə etmək deməkdir.   • Ödəniş Siyasəti  Ümumi Emay İnşaat Taahhüt San. Tic. A. Ş.-nin (şirkət) bazar şərtləri və şirkətdaxili tarazlıqlar diqqət mərkəzində saxlanılaraq, "bərabər işə bərabər ödəniş" prinsipini mənimsəməkdədir. Əmək haqqı mərhələlərinin müəyyən edilməsində və aktuallaşdırılmasında, "bazar tendensiyaları" və "təşəbbüs qiymətləndirmələri" nəzərə alınır. İllik ödəniş artımı, İdarə Heyəti Sədrinin razılığı ilə işəgötürənin zəruri hesab etdiyi dövrlərdə və təyin olunan nisbətlərdə maaşlarda öz əksini tapmışdır. Bütün işçilərə, əmək haqlarına əlavə olaraq adlari istiqamətində bəzi "əlavə haqq paketləri" də verilə bilər. Yuxarı idarəçilər və rəhbərlikdə söz sahibi olan digər işçilər müvəffəqiyyətlərinə əsasən, əlavə "mükafat" və ya " bəxşiş" ala bilər. Şirkətin maliyyə vəziyyəti, əmək haqqı, karyera, təhsil, səhiyyə kimi mövzularda işçilərə istiqamətləndirilmiş məlumatlandırma yığıncaqları təşkil edilərək fikir mübadiləsi aparılır. Şirkətin işçilərinin vəzifə anlayışları və paylanması ilə müvəffəqiyyət və mükafatlandırma meyarları işçilərə bildirilir. İşçilərə verilmiş ödəniş və digər mənfəətlərin müəyyən məhsuldarlığına diqqət edilir. İdarə Heyəti İdarə Heyəti üzvlərinə Türk Ticarət Qanununun 394-cü maddəsinin tələblərinə əsasən; məbləği əsas müqavilə ilə və ya ümumi heyətin qərarı ilə təyin edilmək şərti ilə iştirak haqqı, əmək haqqı, pul mükafatı, mükafat və illik gəlirdən pay ödənilə bilər. İdarə Heyətinin üzvlərindən icrada vəzifəsi olanlara, İdarə Heyətinin üzvü olmaları səbəbi ilə aldıqları "iştirak haqqı" na əlavə olaraq şirkətdəki vəzifələrinə görə aylıq ödəniş və aidiyyatı əlavə hüquqlar da verilə bilər.   • Etik Qaydalar Emay İnşaat Etik Qaydaları, dəyərləri və prinsipləri ilə bütünlük içindədir. Şirkətin əsas davranış prinsiplərini əhatə edir. İdarə Heyəti, idarəçilər və işçilər hər cür əlaqələrində, işlərində bu dəyərlərə əməl edərək şirkətin və hissə sahiblərinin etibarını ən yüksək səviyyədə saxlamağa çalışırlar. Eyni zamanda müştərilər, tədarükçülər və şirkətin xaricindəki şəxslərin də bu prinsipləri mənimsəməsi üçün bu qaydalar hazırlanmışdır.   1. DÜRÜSTLÜK və ETİBARLILIQ Bütün iş proseslərimizdə düzgünlük və dürüstlük prioritetli dəyərlərimizdir. İşçilərimizə, ortaqlarımıza, hissə sahiblərimizə, tədarükçülərimizə, rəqiblərimizə, ətraf mühit, cəmiyyət və bəşəriyyətə qarşı etibarlı və dürüst olmaq hədəfimizdir.   2. MƏXFİLİK və KOMMERSİYA SİRLƏRİNİN QORUNMASI Gizli və xüsusi məlumat və sənədlər, kommersiya sirləri, ictimaiyyətə açıqlanmamış maliyyə və digər məlumatlar, işçilərin şəxsi hüquqlarına aid məlumatlar və üçüncü şəxslərlə bağlanmış "məxfilik müqavilələri" məxfilik və kommersiya sirlərinin qorunması çərçivəsində dəyərləndirilir və bu məlumatların qorunmasına maksimum diqqət göstərilir.    Şirkətdən işdən çıxarkən də vəzifə səbəbi ilə malik olduğu məxfi məlumatlar və sənədlər ilə layihə, təlimat və s. işlərin kənara aparılması qadağandır.   3. GƏLİR üzrə QARŞIDURMA Emay İnşaat işçiləri, potensial, ya da həqiqi gəlir üzrə qarşıdurmanı əhatə edən əlaqələr və vəziyyətlərdən uzaq dayanır. Mövcud vəzifələrindən faydalanaraq; şəxsi, ailəvi və ya yaxınları vasitəsi ilə iş əlaqələrində olduğu şəxs və ya təşkilatlardan fərdi gəlir əldə etmir.   Potensial bir gəlir üzrə qarşıdurma vəziyyətində qanuni və etik qaydalar tətbiq olunur.   4. İŞ ƏXLAQI və DAVRANIŞLAR Bütün işçilər vəzifələrini bərabər, şəffaf, hesabat verə biləcək və məsul şəkildə icra edir. İşçilər arasındakı əlaqələrdə, qarşılıqlı hörmət, etibar və əməkdaşlıq prinsipi əsasdır. Şirkətin hörmətli imicinin qorunması və inkişaf etdirilməsi üçün bütün işçilər üzərlərinə düşən vəzifələri yerinə yetirir. Bu çərçivədə, bütün işçilər fərdi hal və davranışlarının, qanunlar və ümumi əxlaq qaydaları çərçivəsində olmasına diqqət göstərir. İşçilər, şirkət haqqındakı məxfi və/və ya kommersiya sirri çərçivəsində və ya cəmiyyətə açıq olmayan məlumatları özləri və başqaları lehinə istifadə etmir. İşçilər, şirkətin işləri ilə əlaqədar birbaşa və ya dolayı mənfəət əldə etmir və şirkətin iş əlaqəsində olduğu şəxs və ya firmalardan borc qəbul etmir.   5. MƏSULİYYƏTLƏRİMİZ Emay İnşaat rəsmi məsuliyyətləri ilə yanaşı aşağıda göstərilən bütün məsuliyyətlərini də ən yaxşı şəkildə yerinə yetirməyə diqqət edir.   5.1 Qanuni məsuliyyətlərimiz Emay İnşaat ölkədaxili və xaricdəki bütün fəaliyyətlərini yerli və beynəlxalq qanun və qanunvericiliyə uyğun şəkildə davam etdirir. Qanuni tənzimləyici qurum və təşkilatlara doğru, tam və aydın məlumatları vaxtında təqdim edir. Bu fəaliyyətlərini davam etdirərkən də hər cür ictimai təşkilat və quruluşu, inzibati meydana gəlmə, qeyri-hökumət təşkilatı və siyasi partiyalara hər hansı bir mənfəət gözləməsi olmadan tərəfsiz və bərabər məsafədə durur. Şirkətimizin hazırladığı hər cür maliyyə cədvəlləri və hesabatlar milli və beynəlxalq mühasibat prinsiplərinə uyğundur.   5.2 Müştərilərimizə Qarşı Məsuliyyətlərimiz Emay İnşaat, müştəri məmnuniyyəti mərkəzləşdirilmiş, müştərilərinin ehtiyac və tələblərinə ən qısa müddət ərzində və ən düzgün şəkildə cavab verən bir anlayışla işləyir. Müştərilərimizin problemlərinə sürətli və qalıcı həllər taparaq müştərilərimizin şirkətimizə qarşı hiss etdiyi etibarı ən yüksək səviyyəyə çatdırmağa çalışır.   5.3 İşçilərimizə Qarşı Məsuliyyətlərimiz Emay İnşaat, "ən qiymətli varlığımız işçilərimizdir" şüarından hərəkət etməklə; İşçiləri ilə eyni şəkildə davranır, din, dil, irq, cins və etnik mənşə ayrıseçkiliyi etmir. İşçilərinin, işinin xüsusiyyətində meydana gələn hər cür inkişafla ayaqlaşması, vəzifəyə olan məmnunluğunun yüksəldilməsi, iş mühitində daha da müvəffəqiyyətli olmalarının təmin edilməsi üçün lazım olan məlumat, bacarıq, dayanıqlılıq və davranışları qazandırmağı özünə məqsəd qoyan təhsil proqramlarını müəyyən edir, həyata keçirir. İşçilərinə etibarlı və ən uyğun iş mühitini təmin etmək üçün diqqət göstərir.   5.4 Hissədarlarımıza Qarşı Məsuliyyətlərimiz Şirkətin hissə dəyərini artırmaq üçün idarə oluna bilməyən risklərdən yayınaraq böyümək üçün mərkəzləşdirilmiş Şirkət strategiyalarını tətbiq edir. Maliyyə nizam-intizam və hesabat verə bilmə çərçivəsində hərəkət edir, şirkətin mənbə və mal varlıqları ilə iş vaxtını səmərəlilik prinsipləri və qənaət düşüncəsi ilə idarə edir.   5.5 Tədarükçü/Müştərilərimizə Qarşı Məsuliyyətlərimiz Tədarükçülərə/müştərilərə olan öhdəlikləri vaxtında yerinə yetirmək üçün maksimum diqqət göstərir. İş görülmüş adam və təşkilatlar ilə iş ortaqlarının məxfi məlumatlarını diqqətlə qoruyur.   5.6 Sektora və Rəqiblərə Qarşı Məsuliyyətlərimiz Rəqibləri və sektor şirkətləri təsirli bir şəkildə, yalnız qanuni və etik olan sahələrdə rəqabət aparır, haqsız rəqabət yaradacaq hərəkətlərdən yayınır. Haqsız rəqabətə qarşı qanuni yollarla təsirli bir şəkildə mübarizə aparır.   5.7 Ətraf Mühit, Cəmiyyət və Bəşəriyyətə Qarşı Məsuliyyətlərimiz Şirkətimiz ətraf mühitlə uyğun istehsal strategiyalarından istifadə edir. Universal standartlara və hüquqi qaydalara əməl edir. Ətraf mühit istehsal texnologiyalarından istifadə etməyi isə bir xərc elementi qismində qəbul etmir. Emay İnşaat işçilərinin ictimaiyyətin faydasına olan hər cür xidmətdə aktiv olaraq iştirak etməsini dəstəkləyir.   5.8 Korporativ Sosial Məsuliyyətlərimiz Emay İnşaat cəmiyyətə qarşı olan ictimai vəzifələrinə maksimum diqqət edir. Təhsil, idman, səhiyyə və mədəni fəaliyyətlər göstərir və dəstəkləyir.        Əmək Təhlükəsizliyi Siyasəti Emay İnşaat Taahhüt San. Tic. A.Ş. (Emay İnşaat) olaraq mənimsədiyimiz Əmək Sağlamlığı və Təhlükəsizliyi Siyasəti, insana və içində yaşadığı ətraf mühitə olan hörmətə əsaslanır. Emay İnşaatın fəaliyyət göstərdiyi hər sahədə Əmək Sağlamlığı və Təhlükəsizliyi (ƏST) birinci prioritet olub, "sağlamlığını qoru, işini qoru" şüarı ilə bu anlayışını ifadə edir. Təhlükəsiz və sağlam bir iş mühiti təmin etməklə hamı öz səlahiyyəti çərçivəsində lazım olanı etməkdən məsuldur. Ən əhəmiyyətli hədəflərimizdən biri də bütün işçilərimizin və içində olduğumuz ətraf mühiti iş həyatımızın ola biləcək risklərinə qarşı qorumaqdır.   Bu istiqamətdə; Ø İş yeri və əlavələrində; işçilərin, subpodratçıların, ziyarətçilərin və iş yerinin xaricində işləyən şirkət kadrlarının səhiyyə və təhlükəsizliklərini təmin etmək üçün, qüvvədə olan ƏST qanunvericiliyinə və ƏST ilə əlaqədar digər tələblərə uyğun olaraq hər növ tədbir görmək, vasitə vəsait və Şəxsi Qoruyucu Avadanlıqları saxlamağı, lazım gəldiyi təqdirdə istifadə olunmasını təmin etmək, Ø İş yeri və əlavələrində iş qəzası və peşə xəstəliyi yarada biləcək təhlükəli vəziyyət və hərəkətləri, ola biləcək qəza risklərini, təsirli risk qiymətləndirməsini apararq əvvəlcədən müəyyənləşdirmək və aradan qaldırmağı, Ø İş yerində iş qəzası və peşə xəstəliyinə səbəb ola biləcək riskləri müəyyənləşdirərək hər səviyyədəki işçilərin, ziyarətçilərin, subpodratçıların səhiyyə, təhlükəsizlik və ictimai refahlarını təmin etməyi, özlərinə və ailələrinə aid gələcəkdə yarana biləcək hər cür maddi və mənəvi itkiləri azaltmağı, Ø İşçilərimizin iş sağlamlığı və təhlükəsizliyi sahəsində tərbiyə və yaxşı bir iş sağlamlığı və təhlükəsizliyi şüuruna çatmalarını təmin etməyi, Ø İş yerində xidmət göstərən subpodratçı və ziyarətçilərin də Emay İnşaatın qoyduğu iş sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar qaydalara əməl etmələrini təmin etməyi, Ø Emay İnşaatın ƏST tətbiqləri baxımından, sənaye palataları və dərnəklərin nəzdində nümunə olan bir şirkət vəziyyətinə gətirməyi, Ø Sənaye dünyasının inkişafını nəzərə alaraq, gələcəkdə rastlanılacaq vəziyyətləri bu gündən təxmin etməyi, davamlı inkişafı və vəziyyətimizi gözdən keçirməyi, Ø Bu zəmində təsis olunmuş və icra edilən ƏST İdarəetmə Sistemimizin davamlılığını təmin etməyi ƏST siyasətimiz olaraq öhdəliyə götürürük.