Korporativ İdarəetmə Komitələri

Korporativ İdarəetmə Komitəsi İdarə Heyətinin tarixli və nömrəli qərarı ilə Korporativ İdarəetmə Komitəsinin Əmək Əsasları aşağıdakı şəkildə tərtib edilmişdir. 1. MƏQSƏD Emay İnşaat Taahhüt San. Tic. A.Ş. İdarə Heyətinin tərkibində tarixli və saylı İdarə Heyətinin qərarı ilə qurulmuş korporativ idarəetmə komitəsinin məqsədi: Şirkətin korporativ idarəetmə prinsiplərinə uyğunlaşmasını təmin etmək; İdarə Heyətinə, şirkətdə işləyəcək müvafiq namizədlərin müəyyən olunması, qiymətləndirilməsi, öyrədilməsi və mükafatlandırılması mövzularında şəffaf bir sistemin yaradılması və bu barədə siyasət və strategiyaların təyin olunması məsələlərində işlər görmək, İctimaiyyəti məlumatlandırma məsələlərində işlər görmək surəti ilə İdarə Heyətinə dəstək vermək və kömək etmək, Şirkətin müvəffəqiyyətini artıran idarəetmə tətbiqlərinin həyata keçirilməsi, Şirkətin yaratdığı və ya formlaşdıracağı sistem və proseslərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi məsələlərində İdarə Heyətinə təkliflər verir. 3. SƏLAHİYYƏT və ƏHATƏ DAİRƏSİ İdarə Heyəti tərəfindən seçilmiş və səlahiyyətləndirilmiş Korporativ İdarəetmə Komitəsi, Şirkətin işçilərini və ya iştirak edənlər də daxil olmaqla Şirkətlə bağlı şəxs və təşkilatların nümayəndələrini, daxili və xarici müfəttişləri (Müfəttişlər) və öz sahəsində mütəxəssis olan şəxsləri iclaslarına dəvət edərək məlumat alma və ehtiyac olduğu zaman kənardan hüquq və təcrübəli məsləhət alma məsələlərində səlahiyyət vermişdir. Komitə, özünün səlahiyyət və məsuliyyəti daxilində hərəkət edir və İdarə Heyətinə tövsiyələr verir; lakin sonuncu qərarın məsuliyyəti həmişə İdarə Heyətinə aiddir. 4. KOMİTƏNİN TƏŞKİLATİ STRUKTURU Komitə Şirkətin nizamnaməsinə uyğun şəkildə yaradılır. Komitənin Sədri İdarə Heyətinin müstəqil üzvləri arasından seçilir. Komitə, İdarə Heyəti tərəfindən özünün üzvləri arasından, tələbat olduğu zaman İdarə Heyətinin üzvü olmayan, öz sahəsində mütəxəssis olan üçüncü şəxslərdən seçilmiş ən azı iki üzvdən ibarətdir. Komitənin üzvləri imkanlar daxilində, icra etmədə vəzifələndirilməmiş şəxslərin arasından seçilir. i) Komitədə, mühasibatlıq, maliyyə, audit, hüquq, idarəetmə və s. sahələrdə mütəxəssis olan şəxslər vəzifələndirilir. ii) Korporativ İdarəetmə Komitəsi fəaliyyətlərinin icrası zamanı ödənişi şirkət tərəfindən ödənilməklə müstəqil ekspertlərin rəyləri alına bilər və mütəxəssislərə komitədə yer verilə bilər. iii) Əvvəllər Şirkətin müşavirliyini həyata keçirmiş şəxslər Korporativ İdarəetmə Komitəsinə üzv seçilə bilməzlər. iv) Şirkətin Baş Direktoru Korporativ İdarəetmə Komitəsində işləyə bilməz. 5. İCLAS və HESABAT VERMƏ Komitə prinsip olaraq ildə üç dəfə və zəruri hesab olunan hallarda bu müddəti gözləmədən; Komitə Sədrinin katibliyi vasitəsi ilə edəcəyi dəvətə əsasən, üzvlərin hamısının iştirakı ilə Şirkətin baş ofisində toplanılır, yekdilliklə qərar qəbul edilir. Əvvəlcədən komitə üzvlərini məlumatlandırma şərti ilə, Komitənin Sədri yığıncağın keçiriləcəyi gün, saat və yerində dəyişiklik edə bilər. İclaslarda qəbul olunmuş qərarlar yazılı vəziyyətə gətirilir, Komitənin üzvləri tərəfindən imzalanır və saxlanılır. Komitə, özünün vəzifə və məsuliyyət sahəsi ilə əlaqədar olaraq əldə etdiyi müəyyənləşdirmə və təklifləri hazırladığı bir hesabatla İdarə Heyətinə təqdim edir. Katiblik, Korporativ İdarəetmə Komitəsinin iclas protokollarının tərtib edilməsi, arxivləşdirilməsi və komitə üzvlərinin fəal şəkildə məlumatlandırılmasının təmin edilməsi məqsədi ilə vəzifəsini icra edir. 6. VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR a. Korporativ İdarəetmə Prinsiplərinə Uyğunlaşma Komitə, Korporativ İdarəetmə Prinsiplərinin əhəmiyyətinin və faydalarının şirkətin nəzdində yaradılmasını və mənimsənilməsini təmin edir. Şirkətdə məhsuldar və təsirli bir "korporativ idarəetmə mədəniyyəti" nin yerləşib-yerləşmədiyini qiymətləndirir. Korporativ İdarəetmə və Daxili Sistemlərin Koordinatorluğu ilə koordinasiyalı şəkildə işlənilir. Şirkətin Məlumatlandırma Siyasətinin yaradılması və icrasından məsuldur. İdarə Heyətinin illik korporativ idarəetmə dəyərləndirməsini həyata keçirir və İdarə Heyətinin təsdiqinə təqdim edir. Komitə, şirkətin müvəffəqiyyətini artırmağı məqsəd qoyan rəhbərlik tətbiqlərinə istiqamətli infrastrukturun sağlam bir şəkildə işləməsi, işçilər tərəfindən başa düşülməsi, mənimsənməsi və rəhbərlik tərəfindən dəstəklənməsi mövzularında İdarə Heyətinə təkliflər verir. Korporativ İdarəetmə prinsipləri tətbiq edilib-edilmədiyini, tətbiq edilmirsə, səbəbini və bu prinsiplərə tam şəkildə uyğun olmama səbəbindən gəlirlə bağlı meydana gələn qarşıdurmalarını dəyərləndirir və müəyyənləşdirmələr aparır. İdarə Heyətinə tətbiqetmələrlə bağlı yaxşılaşdırıcı təkliflər verir. Komitə, İdarə Heyəti tərəfindən tələb edilən təşkilati idarəetmə çərçivəsində qiymətləndirilən digər fəaliyyətləri icra edir.   b. İdarəetmə Nəzarəti Komitə, idarəetmə üzrə risk meydana gətirə sahələrin müəyyən edilməsi və nöqsanların aradan qaldırılması mövzusundakı planlar haqqında rəhbərliyin və əlaqədar tərəflərin rəylərini alır. Komitə, idarəetmə ilə əlaqədar şərikliyə çatan əhəmiyyətli şikayətləri araşdırır; nəticələndirilməsini təmin edir və işçilərin bu məsələlərlə bağlı bildirişlərindəki məxflilik prinsipi çərçivəsində rəhbərliyə çatdırılmasını təmin edir. c. İctimaiyyətə Veriləcək İzahlar İctimaiyyəti məlumatlandırmaqla əlaqədar məsələlərə nəzarət edir. Komitə, ictimaiyyətə açıqlanacaq fəaliyyət hesabatını və web səhifəsini nəzərdən keçirərək burada yerləşən məlumatların düzgün və tutarlı olub-olmadığını nəzərdən keçirir. d. Daxili Qaydalara Əməl Etmə Komitə, daxili qaydaların yazılı olmasını və bütün işçilərə çatmasını təmin edir. Şirkət etik qaydalarını formalaşdırır. Komitə, daxili qaydaların və qəbul edilə bilən davranış formalarının (Etik Qaydalar), şirkətin rəhbərliyi tərəfindən müvafiq bir ünsiyyət üsulu ilə işçilərə verilib verilmədiyini dəyərləndirir. Komitə, daxili qaydalara uyğunlaşmanın təqibi mövzusunda Şirkətin rəhbərliyi tərəfindən görülmüş işləri qiymətləndirir. Komitə, idarə heyətinin üzvləri, idarəçilər və digər işçilər arasında gəlirlə bağlı yarana biləcək qarşıdurmalarını və kommersiya sirri xüsusiyyətində olan məlumatlardan sui-istifadənin qarşısını alan daxili qaydalara əməl edilməsinə nəzarət edir.   e. Hesabat vermə məsuliyyəti Komitə, səlahiyyət və məsuliyyət sahəsinə daxil olan mövzularda idarə heyətinin məlumatlandırılmasını təmin edir. Komitə, gördüyü bütün işləri yazılı vəziyyətə gətirir və qeydiyyatını aparır. Komitə, işlərini və təkliflərini hesabat vəziyyətinə gətirərək İdarə Heyətinə təqdim edir. f. Digər məsuliyyətlər Komitə, təşkilati idarəetmə məsələsində ədəbiyyatdakı inkişafları diqqət mərkəzində saxlayaraq bunların şirkət rəhbərliyi üzərindəki təsirini araşdırır. Komitə, İdarə Heyəti tərəfindən tələb edilən təşkilati idarəetmə çərçivəsində qiymətləndirilə bilinən digər fəaliyyətləri yerinə yetirir. Komitə, lazım bildiyi təqdirdə xüsusi araşdırmalar başlada bilir və bu araşdırmalarda ona kömək etmək üçün öz sahəsində mütəxəssis olan şəxsləri məsləhətçi təyin edə bilər. Komitə öz müvəffəqiyyətini nizamlı şəkildə nəzərdən keçirir.   7. QÜVVƏYƏ MİNMƏ Komitə vəzifə və əmək əsasları və buradakı dəyişikliklər İdarə Heyətinin qərarı ilə qüvvəyə minir.       Təftiş Komitəsi   1. İZAH və MƏQSƏD Emay İnşaat Taahhüt San. Tic. A.Ş. İdarə Heyətinin nəzdində tarixli və saylı İdarə Heyəti qərarı ilə İdarə Heyətinin maliyyə və əməliyyat üzrə vəzifə və məsuliyyətlərini sağlam bir şəkildə yerinə yetirməsini təmin edərək vəzifəsinin icra etmək üzrə təftişlər üzrə komitə yaradılmışdır. Komitə; Şirkətin mühasibat sisteminin, maliyyə məlumatların təftişi ilə ictimaiyyətə açıqlanmasının və nəzarət sisteminin işləməsinin və səmərəliliyinin nəzarətini təmin etmək məqsədi ilə İdarə Heyətinin tabeçiliyində vəzifəsini icra edəcəkdir. 2. SƏLAHİYYƏT, ƏHATƏ DAİRƏSİ və MƏSULİYYƏT Yoxlama üzrə məsul komitə, hər növ yoxlamanın kafi və şəffaf bir şəkildə icrasına nəzarət edir. Yoxlama üzrə məsul komitə, dövri olaraq maliyyə hesabatlarının və haşiyələrinin, mövcud qanunvericilik və beynəlxalq mühasibatlıq standartlarına uyğun olduğunu yoxlayır və müstəqil audit təşkilatının rəyini də alaraq İdarə Heyətinə yazılı şəkildə bildirir. Şirkətin maliyyə hesabatlarının hazırlanmasına əhəmiyyətli dərəcədə təsir edəcək; uçot siyasətində, nəzarət sistemində və qanunvericilikdə meydana gələn dəyişiklikləri İdarə Heyətinə məruzə edir. Komitə, mal varlığı və resursların dəyərləndirilməsi, zəmanət və girovlar, sosial məsuliyyətlərin yerinə yetirilməsi, iddia qarşılıqları, digər öhdəliklər və şərtli hadisələr kimi, mühasibatlıq qeydlərinə köçürülməsində şirkətin idarə edilməsinin qiymətləndirməsi və qərarına verilmiş əməliyyatları nəzərdən keçirir. Yoxlama üzrə məsul komitə, şirkətin mühasibat sisteminin, maliyyə məlumatlarının ictimaiyyətə açıqlanmasının, təftişin gedişatına və fəaliyyətinə nəzarət edir. Müstəqil audit təşkilatı və işçilərinin müstəqilliyini və kamilliyini araşdırır və İdarə Heyətinə hesabat verir. Müstəqil audit təşkilatının seçilməsi, təftiş müqavilələrinin hazırlanaraq müstəqil audit prosesinin başladılması və müstəqil audit təşkilatının hər mərhələdəki işlərinə nəzarət edir. Şirkətin mühasibat uçotu və auditi ilə əlaqədar olaraq şərikliyə çatan şikayətlərin araşdırılması, nəticələndirilməsi ilə şirkətin işçilərinin bu məsələlərdəki bildirişlərinin məxfilik prinsipi çərçivəsində araşdırmasını həyata keçirir. Komitələr öz səlahiyyət və məsuliyyəti daxilində hərəkət edir və İdarə Heyətinə tövsiyələr verir, lakin yekun qərar İdarə Heyəti tərəfindən qəbul edilir. 3. KOMİTƏNİN FORMALAŞMASI Komitə ən azı iki üzvdən ibarətdir. Ehtiyac olduğu zaman İdarə Heyətinin üzvü olmayan, öz sahəsində mütəxəssis olan şəxslərə də komitədə vəzifə verilə bilər. 4. TOPLANTILAR Yoxlama üzrə məsul komitə, ən azı üç aydan bir toplanır və iclasın nəticələrini İdarə Heyətinə təqdim edir. Lazım olduğu zaman müstəqil audit təşkilatı, yoxlama üzrə məsul komitənin hazırladığı maliyyə hesabatlarına dair qiymətləndirmə iclaslarında iştirak edir və işi haqqında məlumat verir. Yoxlama üzrə məsul komitə, lazım bildiyi təqdirdə idarəedici orqanlarından ayrı olmaqla müstəqil auditorlar ilə toplanaraq daxili təftiş, maliyyə hesabatları və xüsusi olaraq müzakirəsi zəruri olan cari maddələrlə bağlı müzakirə edirlər. Komitə iclaslarının vaxtlarının təyin edilməsi mümkün qədər İdarə Heyətinin iclaslarının vaxtlarının təyin edeilməsi ilə uyğunluq təşkil edir. Komitə, səlahiyyət və məsuliyyət sahəsinə aid olan məsələlərlə bağlı İdarə Heyətini məlumatlandırır. Komitənin iclaslarında qəbul olunmuş qərarlar yazılı vəziyyətə gətirilir və mühafizə edilir. Komitənin katiblik əməliyyatları İdarə Heyətinin katibləri tərəfindən yerinə yetirilir. 5. QANUNLARA və QANUNVERİCİLİYƏ UYĞUNLUQ Şirkət fəaliyyətinin qanunvericiliyə və şirkət daxili qaydalara uyğun olaraq icra olunub olunmadığını nəzarətdə saxlayır. Qaydalara zidd hərəkət edilməsi vəziyyətində tətbiq olunacaq qaydaları müəyyən edir. 6. QÜVVƏYƏ MİNMƏ Hazırkı, yoxlamalar üzrə məsul komitənin əmək əsasları İdarə Heyətinin tarix və saylı qərarı ilə qüvvəyə minmişdir. • Riskin Tez Müəyyən Olunması Komitəsi 1. MƏQSƏD İdarə Heyətinin nəzdində vəzifə icra edən komitənin məqsədi, şirkətin fəaliyyətlərinə təsir edə bilən strateji, maliyyə, əməliyyat və s. risklərin və fürsətlərin müəyyən edilməsi, təyin olunması, təsir və ehtimallarının hesablanaraq təşəbbüs verilmişdir, monitorinqi və nəzərdən keçirilməsi; məruz qala bilinəcək bu risklərin və faydalana bilinəcək fürsətlərin şirkətin risk profilinə və arzusuna paralel şəkildə idarə olunması, hesabatın hazırlanması və qərar mexanizmlərində nəzərə alınması məsələlərində İdarə Heyətinə təklif və tövsiyələr verir. 2. SƏLAHİYYƏT və ƏHATƏ DAİRƏSİ Riskin Tez Müəyyən Olunması Komitəsi; Şirkət hədəflərinə çatmağı təsir edə bilən risk elementlərinin və fürsətlərin Riskin korporativ idarəedilməsi yanaşması çərçivəsində təsir və ehtimala əsasən təyin olunması, qiymətləndirilməsi, monitorinqi və idarə olunması məqsədi ilə təsirli daxili nəzarət sistemlərinin yaradılması, Riskin idarə olunması və daxili nəzarət sistemlərinin şirkətin təşkilati quruluşuna inteqrasiya edilməsi və fəaliyyətinin təqib edilməsi, Şirkətin risk idarə olunması və daxili nəzarət sistemlerinə görə risk elementlərinin və fürsətlərin müvafiq yoxlamaları diqqətdə saxlanılmaqla ölçülməsi, hesabatlarının hazırlanması və qərar mexanizmlərində istifadə edilməsi, Fəaliyyət sahələri üzrə işləmək üçün yaradılmışdır. Komitə öz səlahiyyət və məsuliyyəti daxilində hərəkət edir və İdarə Heyətinə tövsiyələr verir, sonuncu qərarın məsuliyyəti həmişə İdarə Heyətinə aiddir. 3. KOMİTƏNİN QURULUŞU Komitənin başçısı müstəqil idarə heyəti üzvləri arasından seçilir. Komitədə, mühasibat, maliyyə, audit, hüquq, idarəetmə və s. sahələrdə təcrübəyə malik mütəxəssis şəxslər vəzifə ala bilər. Komitə, İdarə Heyəti tərəfindən öz üzvləri arasından, ehtiyac olduğu zaman İdarə Heyətinin üzvü olmayan, öz sahəsində mütəxəssis olan üçüncü şəxslərdən seçilmiş ən azı iki üzvdən ibarətdir. Ehtiyac olduğu zaman İdarə Heyətinin üzvü olmayan, öz sahəsində mütəxəssis olan şəxslərə də Komitədə vəzifə verilə bilər. 4. İCLAS və HESABAT VERMƏ Riskin tez müəyyən olunması Komitəsi ildə ən azı 3 dəfə və ənı az iki üzvün iştirakı ilə toplanır, iştirakçıların yekdilliyi ilə qərar qəbul edilir. Yığıncaqlarda qəbul olunmuş qərarlar yazılı vəziyyətə gətirilir, Komitənin üzvləri tərəfindən imzalanır və arxivləşdirilir. Komitə qəbul etdiyi qərarları İdarə Heyətinə təqdim edir. Risk idarəetmə sistemlərini ən azı ildə bir dəfə nəzərdən keçirir. Komitə, səlahiyyət və məsuliyyət fəaliyyət sahəsinə daxil mövzularda İdarə Heyətini məlumatlandırır. 5. VƏZİFƏ və MƏSULİYYƏTLƏRİ Şirkətin mövcud olmasını, inkişafını və davam etməsini təhlükəyə sala biləcək risklərin vaxtında diaqnozu, müəyyən edilmiş risklərlə əlaqədar lazımlı tədbirlərin həyata keçirilməsi və riskin idarə olunması məqsədi ilə işləri görmək, Şirkətin gəlir və əməliyyatlarının effektivliyini artıra bilən fürsətlərin müəyyən edilməsi, müəyyənləşdirilmiş fürsətlər aidiyyatı olaraq lazımlı işlərin görülməsini təmin etmək və bunları vaxtında İdarə Heyətinə hesabat vermək, Riskin rəhbərliyi strategiyaları əsas götürülərək İdarə Heyətinin fikirləri istiqamətində riskin idarə olunma siyasəti və tətbiq üsullarını müəyyən etmək, həyata keçirilməsini və bunlara riayət olunmasını təmin etmək, Riskin idarə olunması müddətində əsas bir vasitə olan risk qiymətləndirmə modellərinin planı, seçilməsi, tətbiq olunması və ilkin təsdiqin verilməsi prosesinə qatılmaq, modelləri nizamlı olaraq nəzərdən keçirmək, ssenari təhlillərini reallaşdıraraq lazımlı dəyişiklikləri etmək, Risk izləmə funksiyasını təsirli bir şəkildə yerinə yetirməyi təmin etmək üçün lazım gəldiyi təqdirdə əlaqədar qurumlardan məlumat, fikir və hesabat tələb etmək, Şirkətin Sərmayə Bazarı Şurası tərəfindən qəbul edilən maliyyə hesabat standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarında və illik fəaliyyət hesabatlarında izah edilmiş risklərin nəzərdən keçirilməsi. 6.QÜVVƏYƏ MİNMƏ Komitə vəzifə və iş əsasları və buradakı dəyişikliklər idarə heyətinin qərarı ilə qüvvəyə minir.