Haqqımızda

Emay İnşaat, 1995-ci ildə Ankarada təsis edilmişdir. Mühəndislik mənşəli ortaqlıq strukturu firmanın daim yeniliklərə və inkişafa açıq, cəsur və çevik təkmilləşmə siyasətini izləməsini təmin etmişdir. Şirkət, 1996-cı ildə İstanbul Büyükşehir Bələdiyyəsi tərəfindən keçirilən mənzil tenderlərini qazanması ilə birgə İstanbul mərkəzli layihələrdə iştirak edərək öhdəlik sektorunda öz yerini tutmuşdur. Daha sonra SSQ, Oyaq (Ordu yardımlaşma qurumu), Tikinti Nazirliyi, Milli Təhsil Nazirliyi kimi qurumların məktəb, xəstəxana kimi mühüm layihələrini tamamlamışdır. 2000-ci ildən sonra  Büyükşehir Bələdiyyəsi və TOKİ tərəfindən keçirilən tender ilə, tunel qəlib sistemi ilə həyata keçirilən kütləvi yaşayış massivi layihələrinə iştirak etməyə başlamışdır. Markalı mənzil layihələrində də yüksək satış rəqəmləri və yüksək layihə mükafatları ilə diqqətləri özünə çəkən Emay İnşaat, günümüzə qədər Kentplus Ataşehir, Kentplus Mimarsinan, Kentplus Kartal layihələrini həyata keçirmiş, müvəffəqiyyətlə tamamlamış və minlərlə insan Plus konseptli evlərində yaşamaya başlamışdılar. Bu layihələr ilə yanaşı Emay İnşaat, mənzil layihələrini də inkişaf etdirməyə davam etmiş, 2010-cu il ərzində Kentplus Centrium Park və Tower, KentPlus Newport, 2011-ci ildə də Brandium Ataşehir və 2013-cü ildə də KentPlus Kadıköy layihəsinə başlamışdır. KentPlus Centrium, Newport və Brandium Ataşehir layihələri 2013-cü ildə tamamlanmış və bu layihələrdə də həyat başlamışdır. “Həyatın hər sahəsində, hər məsələdə, daha çoxunu təklif etmək və istəmək” anlayışı ilə layihələrini həyata keçirən Emay İnşaat’ın Ataşehir’də reallaşdırdığı Brandium Ataşehir layihəsi, 2011-ci ildə keçirilən 4-cü Beynəlxalq Avropa Keyfiyyət Zirvəsi'ndə Ən Yaxşı Memarlıq Layihəsi üzrə mükafatla təltif edilmişdir. Tikinti layihələri ilə yanaşı Emay İnşaat, KentPlus Ataşehir’də Pleon Sportivo İdman Mərkəzi layihəsini də həyata keçirmişdir. 6500 m2 qapalı sahəsi olan idman mərkəzi, Türkiyə’nin ən inkişaf etmiş və lyuks idman mərkəzi olaraq dizayn edilmiş və qısa müddətdə minlərlə üzv bu mərkəzdə idmanla məşğul olaraq sağlam həyata addım atmışdır. Bütün bunlara əlavə olaraq Emay İnşaat A.Ş. turizm və sağlamlıq sahəsində də çalışmalarına davam etmişdir. Bunun nəticəsi olaraq İstanbul Anadolu İstiqaməti’ndə 5 ulduzlu bir otel ve Convention Center inşaatına, Avropa İstiqaməti’ndə də özəl bir xəstəxana layihəsini həyata keçirmək üçün çalışmalara başlamışdır. İstanbul Anadolu İstiqaməti’ndə inşa edilən turizm kompleksi, “Hilton İstanbul Kozyatağı Konfrans Mərkəzi və Spa” markası ilə 317 otaq və 2.000 kvadrat metrdə iclas tutumu ilə xidmət göstərəcəkdir. Emay İnşaat A.Ş. sıx çalışmaların nəticəsi olaraq 2008-ci il Qurumlar Vergisi Türkiyə daxilinin rekortmenlərində ilk 100’ə 62-ci sıradan daxil olan və bunun qüruru ilə digər inşaat, sağlamlıq və turizm investisiyalarına davam etməkdədir.